Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin Sədri Gürcüstanda səfərdə olub - FOTOLAR

 

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev 7-8 iyul tarixlərində Gürcüstanda işguzar səfərdə olub.

Xeberinfo.com:  Səfər zamanı Gürcüstandakı vətəndaş cəmiyyətinin azərbaycanlı və gürcü fəalları ilə görüşüb.Səfərdə Gürcüstanın tanınmış siyasətçi və millət vəkilləri ilə də görüşlər keçirib. Görüşlərin əsas müzakirə mövzusu illərdir dövlətlərimiz tərəfindən davam etdirilənsıx dostluq münasibətləri çərçivəsindəGürcüstan və Azərbaycan qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrindaha da gücləndirilməsiolmuşdur. Həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasındakı haqlı istəyinin Gürcüstan vətəndaş cəmiyyəti və siyasətçiləri tərəfindən dəstəklənməsi də görüşlərdəxüsusi əhəmiyyət verilənmüzakirə mövzusu olmuşdur.

Görüşlər çərçivəsində Gürcüstanın vətəndaş cəmiyyəti və həmçinin siyasi həyatında aktiv rol oynayan Vahid Milli Hərəkat partiyasının aparıcı siyasətçilərindən keçmiş deputat Ramin Bayramov və eks-prezident Mixail Saakaşvili dövründə prezidentin etnik məsələlər üzrə müşavir-konsultantı vəzifəsində çalışmış Samirə İsmayılova, Gürcüstanın ən böyük qeyri-hökümət təşkilatlarından biri olan “Azad Zona” rəhbəri Koba Xabazi, Gürcüstan parlamentinin deputatları Akaki Minaşvili, Nuqzar Tsiklauri və Azərbaycana dost münasibətləri bəsləyən tanınmış siyasətçi Gela Vasadze və  Gürcüstanın keçmiş təhsil naziri Dmitri Şaşkin, həmçinin, Gürcüstanda fəaliyyət göstərən Allul Beyt fondunun rəhbəri Faiq Nəbiyevlə dünyada gedərək artan islamafobiya və onun səbəbləri haqqında müzakirələr aparılmışdır. Görüşlərdə Türkiyənin ən fəal qeyri-hökümət təşkilatlarından biri olan Elmi Tədqiqatlar Fondunu təmsilən İbrahim Tüncer də iştirak etmişdir.Gürüşlərdə bölgənin üç dost və qardaş ölkələri olan Azərbaycan, Gürcüstan və Türkiyənin həm dövlət, həm də vətəndaş cəmiyyətləri səviyyəsində hər zaman bir-birini dəstəklədiyi və bu münasibətlərin gedərək artmasının əhəmiyyəti müzakirə edilib. Müzakirələr zamanı Allahın Quranda müsəlmanları xristian və yəhudilərə qarşı ən gözəl şəkildə davranmağı tövsiyə etdiyi, onlarla bərabər yemək yemələrini və dost olmalarını təşviq etdiyi haqqında fikirlər səsləndirilmişdir. Dünyada getdikcə artan radikalizm və şiddətin əsas səbəbi kimi cəhalət və dinsiz materialist fəlsəfənin insanlar üzərindəki təsiri nəticəsində yaranmış olan sevgisizlikdən qaynaqlandığı və bütün bu kimi neqativ düşüncələrə qarşı elmi və fikri mübarizə aparılmasının əhəmiyyəti müzakirələr zamanı gəlinən ortaq fikir olmuşdur. Görüşlər zamanı aparılan müzakirələrdən dünyada yaşanan nifrətə qarşı sevginin, sülhün və dostluğun təşviq edilməsinin əhəmiyyəti və bu istiqamətdə aktiv fəaliyyətlərin müsbət nəticə verəcəyi qənaətinə gəlinmişdir.Görüşlərdə geniş müzakirə mövzularından biri də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətinidə qonşu və qardaş ölkə qeyri-hökmət təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətə təsir edilməsi olmuşdur.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam