Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Səhv ayağı kəsən həkim və direktoru işdən çıxarıldı

ayagikesilenqadinn8

Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğlu təyin olunub

Xeberinfo.com:   Səhiyyə Nazirliyininin bu gün keçirilən kollegiya iclasında qurumun Xüsusiləşdirilmiş Angioloji Mərkəzində iyunun 24-də vətəndaş Məmmədova Tərlan Həsən qızına cərrahiyyə əməliyyatının aparılması zamanı baş verən hadisəyə dair araşdırmanın nəticələri müzakirə edilib.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Xəbərə görə, Səhiyyə Nazirliyinin sərəncamına əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb: “Aparılan kliniki və patohistoloji müayinələr əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.
Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib”.
Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bundan əlavə, Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.
Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.
Nazirlikdən bildirilib ki, Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna tapşırılıb.
Həmçinin o da vurğulanıb ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqqında ictimaiyyətə açıqlama veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam