Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏLİ İNSANOVUN ƏMLAKINI KİM SATIB?

1XZ

“Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb”

Xeberinfo.com:   Keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus qarajın ondan xəbərsiz satılması ilə əlaqədar hüquqi müstəvidə davasını davam etdirir.Azadlıq Radiosunun məlumatına görə, İyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş nazirin bu məsələ ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddiasına baxılıb.
Əli İnsanovun vəkili Ağaveyis Şahverdi əvvəlcə məhkəməyə məsələnin mahiyyəti barədə məlumat verib: “Əli İnsanovun “Basin” tərəfdə icra hakimiyyətinin sərəncamı ilə tikilmiş qarajı olub, içində də müəyyən avadanlıqlar. Onun həbsindən sonra oğlu arabir gedib baxırdı. Günlərin birində gedib görüb ki, qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Kooperativ qarajı satanın kimliyini bizə demədi. Məhkəmə yolu ilə müəyyənləşdirdik ki, Əli İnsanovun əmlakını Əlizadə Vəfa Tariyel qızı satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində, bu əməl kriminaldı. Biz şikayət verdik və apellyasiya məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb”.

BANKDAKI PAYINA HƏBS QOYULUB

Vəkil deyir ki, qətnamənin icra edilmədiyini görüb, öz mənbələri vasitəsilə Vəfa Əlizadənin “DekaBank”da dəyəri 50 min manatdan da xeyli çox olan payı olduğunu müəyyənləşdiriblər. Ardınca da qətnamənin icrasının təmin olunması üsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər.
Nəsimi Rayon Məhkəməsi Vəfa Əlizadənin bankdakı payının üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.

“Üstündən bir il keçib, amma bu qərar icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, “bizə göstəriş var, qərar icra olunmasın”. Halbuki, o qərardad dərhal icra olunmalıdır. Gördük ki, icra şöbəsi öz vəzifəsini yerinə yetirmir, özüm qərardadı banka apardım. Bir müddət sonra dedilər ki, “Tariyel müəllim məsələ ilə maraqlanıb, əlaqə saxlayacaq”. Bu günə qədər də Tariyel müəllim həll eləməyib”, – Ağaveyis Şahverdi bildirib.

“DEMƏMİŞƏM Kİ, GÖSTƏRİŞ VAR”

Cavabdeh Nəsimi rayon icra şöbəsinin əməkdaşı Ramin Muradov vəkilin onunla bağlı dediklərini təkzib edib: “Mən deməmişəm ki, icra olunmaması barədə göstəriş var”.

1437113000_1Qərarın hansı səbəbdən icra olunmamasına gəlincə, icraçı əvvəlcə deyib ki, qərardad icra sənədi sayılmır. Amma sonradan bildirib ki, qərarın icrası üçün lazım olan icra vərəqini göndərməyib.
İcra vərəqinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi üçün proses iyulun 19-na qədər təxirə salıb.
Məhkəmə prosesində o da məlum olub ki, Əli İnsanovun əmlakını satan Vəfa Əlizadə mərhum prezidentin köməkçisi olmuşTariyel Ağayevin qızıdır. Vaxtilə mərhum eks-prezident Heydər Əliyevin köməkçisi olmuş T.Ağayev hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi vəzifəsində çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam