Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli İnsanovun apellyasiya şikayəti təmin olunmadı

 

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Xeberinfo.com:   Vəkil Toğrul Babayevin Modern.az-a verdiyi məlumata görə,  hakim Kəmalə Abiyevanın sədriyilə keçirilən prosesdə sabiq nazirin apellyasiya şikayəti təmin olunmayıb.

 

Xatırldaq ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etməyib. Şikayət həmin qərardan verilib.

 

Ə. İnsanovun iddiasına əsasən, ona məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata Vəfa Əlizadə adlı şəxsə satılıb. Bundan sonra sabiq nazir məhkəməyə müraciət edib.

 

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

2016-cı il avqust ayının 24-də isə Ə. İnsanova yeni cinayət işi açılıb. Sabiq nazir CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam