Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

5 min nəfər ixtisara salınıb

evrascon-sherifov

 

Böhran «Evrascon» korporasiyasını yaman yerdən vurub

Xeberinfo.com:  Bu korporasiya bir yandan işçilərini ixtisar edir, o biri yandan da çalışanların maaşlarını verə bilmir

Ötən ilin sonlarına yaxın işçilərinin sayı 6 min 500 nəfəri keçən Avro-Asiya İnşaat Korporasiyası – «EVRASCON» (keçmiş «Azərkörpü») ASC dövlət sifarişləri azaldığından, 5 min əməkdaşını ixtisara salmağa məcbur qalıb.

Bu azmış kimi, şirkət 5 aya yaxındır ki, hesablanmış əmək haqlarını ödəyə bilmir.

Bu məlumatı korporasiya idarə heyətinin sədri Manaf Şirinov iyunun 27-də səhmdarların illik ümumi yığıncağında səsləndirib. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən investisiya layihələrinə ödəmələrin ləngiməsi ucbatından maaşların verilməsi ciddi problem olaraq qalır.

Səhmdarlar sərmayə söhbətindən qaçırlar?

Digər tərəfdən, tender və birbaşa müqavilələrlə podrat tikinti layihələrini icra edən «EVRASCON» ASC bank kreditlərinə üz tutmalı olur. İl ərzində Azərbaycan Beynəlxalq və «Yapı Kredi – Azərbaycan» banklarından illik 9-16 faizlə toplam 73,2 milyon manat məbləğində kredit götürülüb. Qurum, hesablanmış faizlər də daxil, öz qazancının 58 milyon 685,2 min manatını kreditlərin bağlanmasına yönəltməyə məcbur qalıb. Bunu isə korporasiyanın Müşahidə Şurasının üzvü Namiq Kərimli deyib.

Ötən il bir çox layihələrin icrasını başa çatdıran «EVRASCON» bu il, hələ ki, Ələt-Astara avtomobil yolunun 2-ci fazasının tikinti layihəsinin icrası üzrə müqavilə bağlaya bilib. Korporasiya Bakı Metropoliteninin «Həzi Aslanov» – «Xətai» xəttinin tikinti layihəsinin icrasının da ona tapşırılmasını istəyir. Bu məqsədlə, ən azı, 14 milyon ABŞ dolları dəyərindəki yeni tunelqazan qurğunun alınması nəzərdə tutulur. Beləcə, gərəkli vəsait üçün yenidən banka üz tutmağı düşünürlər. Səhmdarların özü isə sərmayə qoymağı düşünmür.

Elə bu səbəbdən…

Elə bu səbəbdən İH sədri M. Şirinov 2015-ci ildəki təxminən 8 milyon manat mənfəətin cəmi 2 faizinin dividend ödənişinə yönəldilməsi barədə ASC-nin Müşahidə Şurasının tövsiyəsini açıqlayıb.

Kiçik səhm sahibləri hər səhmə 1 manat deyil, mənfəətin 20 faizinin ödənilməsini, qalan vəsaitinsə nizamnamə kapitalına yönəldilməsini təklif ediblər. Yekunda, səhm-səs prinsipi ilə, hər səhmə 1 manat dividend ödənilməsi qərara alınıb.

Ötən il «EVRASCON» ASC Qusar, Qudyalçay və Qax çaylarında sahilbərkitmə, Bakı Beynəlxalq Avtovağzalında sürüşmə nəticələrinin aradan qaldırılması işləri, Salyan və Pirallahıda körpülərin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Xızı rayonunda suvarma sisteminin, «Əcəmi-2» və «D-4» metro stansiyalarının və s.-in tikintisi üzrə 207,5 milyon manat gəlir əldə edib. Şirkətin istehsal sahələrində 2,3 milyon manat dəyərində dəmiryol şpalları və metal konstruksiyaları da hazırlanaraq satılıb. Sadalanan işlərin görülməsinə 195 milyon manat xərcləndiyi deyilir.

Məlum olub ki, baş nazirin müavini… Müstəqil jurnalistaraşdırmasındanməlum olub ki, «EVRASCON» ASC üzərində baş nazirin müavini Abid Şərifovun önəmli təsiri var. O, həyat yoldaşı Sədayə Yaqub qızı vasitəsilə Azərbaycan və bir neçə MDB ölkəsində filial və törəmə şirkətlərə sahib bu korporasiya səhmlərinin 12,15 faizinə nəzarət edir.

 

azadliq.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam