Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Mənsimovun başı dərddə

mubariz mensimovİş adamı iqtidarın idman siyasətini ifşa etdiyinə görə hədəfə gəlib

Xeberinfo.com:   Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübarizə Mənsimov Azərbaycan hakimiyyətin hədəfinə gəlib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Mübariz Mənsimovun hakimiyyətin hədəfinə gəlməsi “Xəzər Lənkəran” futbol klubu ilə bağlıdır.

Məlumat üçün deyək ki, klub artıq fəaliyyətini dayandırıb. Bunun səbəbi isə vaxtaşırı “Xəzər Lənkəran”a qarşı edilən haqsızlıqlar olub. Nəhayət, Mübariz Mənsimov Azərbaycanda idmana qayğının sözdə olduğunu görüb “Xəzər Lənkəran”ın buraxılması qərarına gəlib. Bu addım faktiki olaraq hakimiyyətin idman siyasətini ifşa etməkdir. Azərbaycan hakimiyyəti hər yerdə idmana qayğıdan, idmanın inkişafından danışır. Ilham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan idman ölkəsidir. Lakin məlum olur ki, idman ölkəsində kifayət qədər nüfuzlu bir futbol klubu üzləşdiyi haqsızlıqdan cana doyaraq fəaliyyətini dayandırıb. Deməli, idmana qayğı, inkişaf və s. sabun köpüyündən başqa bir şey deyilmiş. Məlumatda deyilir ki, “yuxarılar” da Mübariz Mənsimovun bu addımından narahat olublar. Həmçinin hakimiyyət fərqinə varıb ki, “Xəzər Lənkəran” fəaliyyətini dayandırmaqla onların idman siyasəti ifşa olunub. Lakin iqtidar ənənsinə sadiq qalaraq problemi çözməkdənsə, Mübariz Mənsimovu hədəfə alıb. Iddia olunur ki, artıq onun Azərbaycandakı biznesinə maneə yaratmaq barədə müzakirələr aparılır.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam