Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudov ölkədən getdi?

Eldar Mahmudov ölkədən getdi

 

Ölüm xəbərinin yayılması məqsədli olub, səbəb keçmiş nazirin ölkədən çıxmasını diqqətdən yayındırmaqdır 

Xeberinfo.com:   Ötən günlərdə sosial şəbəkələrdə, ardından da mətbuatda sabiq MTN şefi Eldar Mahmudovun ölməsi barədə məlumat yayıldı. Həmin məlumatlarda vurğulanırdı ki, Mahmudovun yaşadığı bağ evində qəfil halı pisləşib və üzərinə Təcili Tibbi Yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Politika.Az xəbər verir ki, Mahmudovun «öldürülməsi» məsələsinin əvvəlcədən də qurulmuş oyun olduğunu deməyə gərək yoxdur. Bu barədə məlumatın ortaya atılmasının da səbəbsiz olmadığı aydındır. Bəs, məqsəd nə olub? Bu informasiya nə işə yarayıb və hansı planın icrasını ehtiva edib? 

Məlumata görə, Eldar Mahmudov Badamdardakı məşhur malikanəsində yaşayıb. Orada da qulluqçuların əhatəsində və xüsusi nəzarətin altında olub. Hətta bu yaxınlarda onun özünə ad günü keçirdiyi və bütün qohumlarını da başına yığdığı deyilir. İddia olunur ki, keçmiş nazirin ümumiyyətlə, əhvalında hər hansı bir neqativlik müşahidə edilməyib. 

Məlumata görə, «ölüm» xəbərinin gündəmə gətirilməsi məqsədli olub. Belə ki, burada başlıca niyyət Eldar Mahmudovun ölkədən çıxmasını ört-basdır etməyə nail olmaq olub. Məlumatlarda deyilir ki, Eldar Mahmudov əlindəki bütün məlumatları hakimiyyət dairələrinə verdikdən sonra əldə edilmiş anlaşmaya əsasən ölkəni tərk edəcəkmiş. Hələ bir müddət əvvəl Politika.az da bununla bağlı məlumat yaymışdı və Mahmudovun hakimiyyətlə anlaşma əldə etdiyini vurğulamışdı.

Görünür, sabiq MTN şefinin ölkədən çıxarılması üçün onun «ölüm» xəbərinin müəyyən rolu olub. Qeyd edilir ki, bu xəbər məsələnin əsas mahiyyətini gizlətməyə, diqqəti yayındırmağa imkan verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam