Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovu niyə “öldürdülər”? - sensasion versiyalar

 

Sabiq nazir haqda daha bir müdhiş məlumat; Keçmiş MTN şefinin yaşadığı bağ evində dünyasını dəyişməsi xəbəri ortalığı qarışdırdı; Ərəstun Oruclu: “Ola bilsin, hansısa qüvvələr ictimai rəyi baş verəcək hadisəyə hazırlayırlar”

 

Xeberinfo.com:   Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölməsi xəbəri yayılıb.
 
Azerinews.tv-nin (http://azerinews.tv/cemiyyet/1679-eldar-mahmudov-vfat-etdi-son-dqq.html) iyunun 17-də yaydığı xəbərdə bildirilir ki, Eldar Mahmudov yaşadığı bağ evində ürək tutmasından dünyasını dəyişib. Xəbərdə bildirilir ki, onun səhhəti qəfil pisləşdiyi üçün təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkimlər sabiq nazirin həyatını xilas edə bilməyib.
Bundan bir neçə gün əvvəl isə sabiq nazirin içkiyə qurşandığı haqda xəbərlər yayılmışdı. Bu pis vərdişin onun ürəyində ciddi problemlər yaratdığı deyilirdi.  Maraqlıdır ki, eyni vaxtda Akif Çovdarovun ürək xəstəliyinin bir neçə növündən əziyyət çəkməsi xəbəri də yayılıb. Bu xəbəri mətbuata A.Çovdarovun vəkili Sadiq Rəsulov açıqlamışdı. Demişdi ki, A.Çovdarova ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası kimi diaqnozlar qoyulub.
E.Mahmudov barədə təsdiqlənməmiş xəbərlər (səhhətində və psixikasında pozğunluğun baş verməsi-red.) hətta qəzetlərin manşetlərinə də çıxır. Bu xəbərlərin yayılmasından 2-3 gün sonra isə Eldar Mahmudovun ölüm xəbəri yayıldı.
Maraqlıdı ki, bir neçə gün öncə E.Mahmudovun əlində 2800 şantaj videosunun olduğu barədə mətbuatda xəbərlər dərc olunmuşdu. Bunu isə müsahibəsində politoloq Ərəstun Oruclu söyləmişdi. O demişdi ki, sabiq nazir vəzifədə olduğu müddətdə ayrı-ayrı şəxslərin intim görüntülərinin gizli yolla çəkilməsini təşkil edib.
Bu iki məlumatdan sonra E.Mahmudovla bağlı belə xəbərin yayılması da müəyyən şübhələrə yol açır...
 
Nə baş verir? Həqiqətən Eldar Mahmudov və ətrafı ürək xəstəliklərinə tutulublar? Bəs 10 ildən artıq müddətdə vəzifədə olarkən niyə bu xəstəliklər yox idi? Hər il 2 dəfə müayinədən keçən, ehtiyac yarananda dünyanın ən bahalı klinikalarında müalicə olunan sabiqlərin orqanizmləri niyə vəzifədən çıxarılandan sonra, heç 1 il ötməmiş xəstəliklər poliqonuna çevrilir?
 
Bu xəstəliklərin afişa kimi cəmiyyətə təqdim edilməsi həbsdən yayınmağa, daha yüngül cəzaya məhkum edilməyə, yaxud digər məqsədlərə hesablanmayıb ki?
Eldar Mahmudovun qəfil “ölümü” sosial şəbəkələrdə də geniş müzakirə mövzusudur. Nazirin öldüyü haqda xəbərləri onun aradan götürülməsinə görülən hazırlıq kimi qiymətləndirənlər də az deyil. Hüquq mühafizə orqanlarına yaxın mənbələr isə nazirin ölümü haqda xəbərlərin ciddi olmadığını diqqətə çatdırırlar.
Adının açıqlanmasını istəməyən ekspertlərdən biri “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun bir sıra dövlətlərin xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığı olub. “Onun bu fəaliyyətini Azərbaycan rəhbərliyi sanksiyalaşdırmayıb” deyən mənbə bildirib ki, E.Mahmudovun xarici dövlətlərlə əməkdaşlığının əksər fraqmentləri sırf özfəaliyyət olub, şəxsi maraqlarını ifadə edib. 
 
Hətta bəzi iddialara görə, o, xarici xüsusi xidmət orqanlarının təsiri altına düşüb. Ekspert qətiyyətlə bildirdi ki, E.Mahmudovun ölümü Azərbaycan dövlətinə, istintaqa qəti şəkildə sərf etmir: “Bu hadisə ölkəmizə, onun rəhbərliyinə ciddi problem yaradar. Çünki Eldar Mahmudovun və çetesinin məhkəmə qarşısında dayanması, etdiyi dövləti cinayətlərin sübuta yetirilərək qanunla cəzalanması dövlətin imici üçün çox vacibdir”.
Xatırladaq ki, bir neçə ay öncə E.Mahmudovun ən yaxın adamlarından olmuş, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə öldü. İ.Əliyev həbsindən az sonra təcridxanada saxlanıldığı kamerasında ipdən asılmış vəziyyətdə aşkarlanmışdı. 1 ildən artıq həmin təcridxanada saxlanmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında həmin təcridxananın kameralarında kəndirin ucunu hündür bir yerdən bağlamaq üçün yer olmadığını demişdi. Baş redaktor İlqar Əliyevin ölümündə böyük şübhəli məqamların olduğunu diqqətə çatdırmışdı.
Mövzunu “Yeni Müsavat”a şərh edən “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu maraqlı versiyalar irəli sürüb.
Deyib ki, sabiq nazirin ölüm xəbərinin yayılması bir neçə məqsədə xidmət edə bilər: “Birincisi, mümkündür ki, bu məlumatı Eldar Mahmudova yaxın çevrələr dövriyyəyə buraxsın. Bu halda xəbərin yayılması şantaj xarakteri daşıyır.
Başqa bir versiya odur ki, kimlərsə Eldar Mahmudovun fiziki olaraq aradan götürülməsində maraqlı olsun. Belə xəbərləri yaymaqla əvvəlcədən ictimai rəy formalaşdırsınlar və ardından da bu məlumat gerçəkləşsin - yəni Mahmudov ölsün.
Üçüncüsü, bu xəbəri kimlərsə sensasiya yaratmaq və oxucu qazanmaq naminə gündəmə atsın. Hər üç versiyanın yaşama haqqı var".
Ə.Oruclu E.Mahmudovun barəsində yayılan xəbərin doğruluğuna şübhə etdiyini də bildirib: “Lakin istisna etmək olmaz ki, onun səhhətində problemlər var. Məntiqlə hakimiyyət Eldar Mahmudovun başına bir iş gəlməsində maraqlı olmamalıdır. Eldar Mahmudovun başına bir iş gəldiyi təqdirdə onun əlində olan kompromatların üzə çıxmaq ehtimalları daha da artır”.
Ə.Oruclu deyib ki, bu cür məlumatların yayılması xarici kəşfiyyat orqanlarının da işi ola bilər və bu yolla Azərbaycan hakimiyyətini şantaj etmək istəyinə düşənlər olar.
Politoloq E.Mahmudovun əlində 2800 şantaj videosunun olması haqda dediyi fikirlərlə hazırda yayılan məlumatların əlaqəsinin ola bilməsi barədə suala isə belə cavab verib: “Məlum müsahibədə açıqladığım 2800 video məsələsi kimlərsə tərəfindən istifadə oluna bilər. Kimlərsə mövzunun gündəmə gəlməsindən yaralanmağa çalışar. Bu da təbiidir. Əgər belə şeyləri düşünsək, gərək heç danışmayaq. Eldar Mahmudovun əlində 2800-ə qədər şantaj videosunun olması haqda açıqlama ciddi rezonans doğurub. Bunun təsdiqi üçün əlimizdə konkret fakt olmasa da, indiyədək ictimai-siyasi fəalların yataq səhnələri əks olunan seks videoları yayılıb. Azı 10-15 belə şəxs var ki, şəxsi həyatları hətta telekanallarda nümayiş etdirilib. Onlarla şantaj olunan adamlar var”.
Ə.Oruclu MTN mövzusunun gündəmdən çıxarılmasına çalışan çoxlu maraqlı qüvvələrin olduğuna da diqqət çəkib: “Amma bunun əksini istəyənlər də çoxdur. Belə şəxslər də var ki, MTN məsələsinin gündəmdə qalmasında maraqldırlar”.
 
*    *   *
E.Mahmudovun ölüm xəbərinin yayılması ilə bağlı Sputnik.az saytı Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib.
“Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb”, deyə Nağıyev bildirib.
Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.
“Əgər bu, qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib”, deyə Birlikdən bildiriblər.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam