Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Sağlamlıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir - FOTOLAR

 

 

       Nərimanov Rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

      Xeberinfo.com:  Tədbiri giriş sözü il açan Rayon Qeydiyyat Şöbəsinin müdiri Səadət İsmayılova Beynəlxalq Uşaq Günü barədə tədbir iştirakçılarına məlumat verərək Azərbaycanda uşaqlarla bağlı qəbul olunan qanunvericilik bazasından, o cümlədən sosial layihələrdən və Azərbaycan dövləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb.

       Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

            İ.Mahmudova eyni zamanda, dövlətimizin başçısının və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

            Tədbidə çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev bayram münasibəti ilə uşaqları və valideynləri təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda  uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb.

            Daha sonra Bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və rəqslərlə davam etdirilib.

 

            Yekunda yeni anadan olan körpələrin valideynlərinə doğum haqqında şəhadətnəmələr və hədiyyələr təqdim edilib



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam