Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Kürdəmirdə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edildi - FOTOLAR

 

 

     Bu gün  “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonun  Heydər Əliyev Parkında bayram şənliyi təşkil olunub.

    

     Xeberinfo.com:  Tədbirdə   rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak edirdilər.

    Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

   Sonra tədbirdə bir qrup istedadlı uşaqlara fəxri fərmanlar təqdim olundu.

   Bağça uşaqları və  məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

   Tədbir  uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatıb.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam