Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Milli Şuranın Rəsulzadənin abidəsi önünə yürüşü - VİDEO+FOTOLAR

yurus1Demokratik Qüvvələrin Milli Şurası bu gün Novxanıda Azərbaycan Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə yürüş-mitinq keçirir.

Xeberinfo.com:   Milli Şuradan verilən məlumata görə, 28 May İstiqlal bayramı hər il olduğu kimi, cümhuriyyətin qurucusu Rəsulzadənin abidəsi önündə mitinqlə qeyd olununur.

Mitinq açıq elan olunub. Cıxışa ilk olaraq Milli Şuranın sədri Cəmil Həsənli başladı.

Cəmil Həsənli Rəsulzadənin keçdiyi yolu, apardığı mübarizəni xalqa xidmətin örnəyi adlandırır.

Milli Şura sədri cıxışında Rəsulzadənin öz çiyindaşları ilə apardığı mübarizədən, göstərdiyi fəaliyyətdən danışıb.

Cəmil Həsənli may ayını Rəsulzadə ayı adlandırdı. O bildirdi ki, Rəsulzadənin qurduğu dövlətin quruluş tarixi bu aya təsadüf edirsə deməli, Rəsulzadənin də doğum tarixi elə bu aydır.

Cəmil Həsənli daha sonra bildirdi ki, Rəsulzadənin qurduğu dövlətdə 23 ildir ki, bir abidə ucaltmadılar. Yeganə abidəsi bu kənddədir. Amma o heykel polis gücünə qorunan çoxsaylı heykəllərdən fərqli olaraq qəlblərdədir, qəlbən sevilir.

Milli Şura sədrindən sonra AXCP lideri Əli Kərimliyə söz verilib. Əli Kərimli Azərbaycan uğrunda mübarizə aparan, onun istiqlalına nail olan və sonralar da o istiqlalın bərpası eşqilə canlarını tapşıran Rəsulzadə və tərəfdarlarının, elecə də müstəqilliyimizin bərpasından sonra Azərbaycan uğrunda şəhid olanları rəhmətlə anıb.

Azərbaycanda Rəsulzadə ideyaları uğrunda mübarizənin bu gün də davam etdiyini və bunun uğrunda çox sayda insanların zindanlardan keçdiyini bildirib, AXCP sədri xüxusi ilə  yenicə həbsdən çıxan Xədicə İsmayılın adını çəkib və meydanda olan jurnalisti salamlayıb.(Azadliq.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam