Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pivə şirkətləri «Hacı pivəsi»nə keçirlər

Azərbaycanda pivə istehsalçıları spirtsiz pivə istehsalına başlamaq niyyətindədirlər.

Xeberinfo.com:   “Bakı-Praqa” pivə zavodunun direktoru Camal Naibov fins.az-a açıqlamasında bildirib ki, yaxın həftələrdə şirkət Azərbaycanda tam spirtsiz -0%-li pivə məhsulunu təqdim edəcək. Şirkət rəhbəinin fikrincə, “Bakı-Praqa” spirtsiz pivənin istehsalına çoxdan başlamaq niyyətindədir. Amma iniyədək bunu həyata keçirmək mümkün olmayıb. Buna mane olan əsas səbəb, pivədən spirti xaric edən avadanlığın olmaması idi.

Belə keyfiyyətli avadanlığı almaq isə çox baha başa gəlir. Avadanlıqların baha olması səbəbindən şirkət spirtsiz içkini Azərbaycanda deyil, Rusiya istehsal edib idxal edəcək.

Ölkənin digər pivə istehsalçısı olan «Baltika Bakı» şirkəti də indiyədək Rusiyada istehsal edilən spirtsiz pivəni Azərbaycana idxal edirdi. Şirkətən verilən məlumata görə, hazırda bu proses dayanıb, amma yaxın vaxtlarda idxal bərpa olunacaq: «Hazırda ikitərəfli razılaşmanın yenilənməsi ilə bağlı olaraq «Baltika 0» müvəqqəti olaraq təchiz edilmir. Yaxın zamanda Baltika 0 təchizatı yenilənəcək və mağaza dəzgahlarından istehlakçılara təklif olunacaq».

C.Naibovun sözlərinə görə, Azərbaycanda spirtsiz – «Hacı pivəsi»nin potensialı bazarın 10%-i həcmindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam