Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cahangir Hacıyev unikal xəstəlikdən əziyyət çəkir”

4f3b6f9815adbfed5563b183ff8f8c6d

Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

Xeberinfo.com:   Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyevin səhhətində problemlər var: “Cahangir Hacıyev 2012-ci ildən haşimoto xəstəliyindən əziyyət çəkir. Ona Amerika və İsveçrədə bu xəstəliklə bağlı diaqnoz qoyulub. Lakin həmin xəstəliyin müalicəsi Penitensiar xidmətin istintaq təcridxanasında və müalicə müəssisəsində mümkün deyil. Çünki bu, unikal xəstəlikdir və tam sağalması mümkün deyil. Həmin xəstəlik nəticəsində onda boğulmalar olur, ürəyində problemlər yaranır. Biz buna görə də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişik. Yaxın vaxtlarda vəsatətə baxıla bilər”.
Vəkil cinayət işi üzrə istintaqda hər hansı yeniliyin olmadığını da bildirib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam