Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cahangir Hacıyevin səhhəti pisləşib”

 

cahangir_haciyev

 

Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

 

Xeberinfo.com:   Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyev ötən gün həkim müayinəsindən keçirilib: “Cahangir Hacıyev bir sıra xəstəlikdən əziyyət çəkir. Ötən gün vəziyyəti pisləşib və Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gələn iki həkim ona yardım ediblər. Lakin onun müalicəsi saxlanma yerində mümkün deyil. Bu gün mən onunla görüşə getdim. Səhhəti yaxşı olmadığı üçün biz ətraflı söhbət edə bilmədik”.

Vəkil cinayət işi üzrə istintaqda hər hansı yeniliyin olmadığını da bildirib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam