Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əflatun Amaşov “Əməkdar jurnalist” adı alanları təbrik edib

 

Gürcüstanda iki azərbaycanlı media təmsilçisinə “Əməkdar jurnalist” adı verilib.
Xeberinfo.com:   Yüksək dövlət təltifinə layiq görülənlər Şahvələd Eyvazov və Binnət Məmmədovdur. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri və Mətbuat Şurasının sədri Əflatun Amaşov bu hadisəni yalnız gürcüstanlı həmkarlarımızın çoxillik səmərəli fəaliyyətinə verilən qiymət deyil, eyni zamanda qonşu ölkədə həmkarlarımıza həssas yanaşmanın nümunəsi kimi dəyərləndirib.
Məlumata görə, Əflatun Amaşov Modern.az-a açıqlamasında hər iki jurnalisti yaxından tanıdığını və onların həyat və yaradıcılığına bələd olduğunu  söyləyib
“Belə istedadlı insanlar gördüklərini, şahidi olduqlarını yüksək peşəkarlıqla qələmə almaqla kifayətlənmir, eləcə də iki xalqın tarixən formalaşan səmimi münasibətlərinin, dostluq körpüsünün möhkəmlənməsinə misilsiz xidmətlər göstərməyi özlərinin mənəvi borcu hesab edirlər”.
Şura sədri deyib ki, mükafatlandırılan jurnalistlərin fəxri ada altmış yaşın tamamında layiq görülmələri onların zəhmətlərinə Gürcüstan dövləti səviyyəsində verilən yüksək qiymətdir. 
“Şahvələd Eyvazovu boya-başa çatdığı və yaşadığı Tbilisi şəhərindən tanıyıram. Kifayət qədər məşhur foto jurnalistdir. O, 24 ildir ki, ABŞ-ın “Assoşeyted Press” İnformasiya Agentliyinin Qafqaz bürosunun əməkdaşıdır. Fotoları və yazıları Osetiyada, Abxaziyada, ən başlıcası isə Dağlıq Qarabağda nələrin baş verdiyi barədə minlərlə oxucuda aydın təsəvvürlər yaradıb.
Binnət Məmmədova gəldikdə isə həmkəndlimdir, Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları ən iri yaşayış məntəqələrindən olan Faxralıdandır. “Gürcüstan”da işləməklə bərabər “Regionpress” qəzetinin də rəhbəridir. Yüzlərlə publisistik yazının müəllifidir. Bir çox istedadlı gəncə jurnalist peşəsini sevdirib”.
“Bu, çox yaxşı xəbərdir”, - deyə sevincini bölüşən millət vəkili dost ölkədə belə ənənənin davamlı olacağına əminliyini bildirib və hər iki qələm sahibinə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun və Azərbaycan Mətbuat Şurasının təbriklərini çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam