Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İcra başçısı: “Hər gecə 100-dən çox mərmi düşür”

c07c9bc8-6b83-4f9c-8fdb-0698a76352e8

 

“Cəbhəboyu kəndlərdə yaşayan insanların həyatı təhlükədədir. Amma kəndlər mühafizə olunur və ermənilər bilməlidir ki, nə qədər təhlükəli olsa da, insanlar bir addım da geri çəkilməyəcəklər”.

 

Xeberinfo.com:  “Report”un Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.
İcra başçısı vurğulayıb ki, Ermənistan silahlı bölmələri cəbhəboyu yaşayış məntəqələrini hər gecə ağır silahlardan atəşə tutur: “Axşam saat 22:00-dan başlayaraq səhər saat 06:00-a qədər bu ərazilərə yüzdən çox mərmi düşür. Təmas xəttinə daha yaxın yerləşən yaşayış məntəqələrində axşam olan kimi uşaqlar, qadınlar, xəstələr və qocalar nisbətən aşağı kəndlərə və ya qohumlarının evinə göndərilirlər. Nə qədər çətin olsa da, həmin insanlar yenidən səhər evlərinə qayıdırlar və gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. Qoşunların təmas xəttində Ağdamın 21 kəndi yerləşir və bu kəndlərdə 20 mindən artıq insan yaşayır”.
Qeyd edək ki, cəbhə bölgəsinə səfəri çərçivəsində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Ağdam rayonunun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə baş çəkiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam