Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ordumuz yeni hərbi təlimlərə başladı

Azərbaycan ordusu yeni hərbi təlimlərə başladı

Düşmən ölkədə isə erməniləri sakitləşdirmək üçün “Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır”, deyirlər; politoloq: “Ermənistan status-kvonu uzatmağa çalışır...” 

 

Xeberinfo.com:   Aprel əməliyyatlarındakı itkilərdən özünə gələ bilməyən, faktiki olaraq aqoniya vəziyyətində olan işğalçı ölkə indi də Azərbaycanı Dağlıq Qarabağın “müstəqilliyi”ni tanıyacağı ilə təhdid edir. Bu gün - mayın 5-də müvafiq qanun layihəsinə Ermənistan parlamentində baxılacaq. Lakin ermənilər başa düşür ki, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanıması İrəvana baha başa gələ bilər.
“Dağlıq Qarabağ Respublikası”na dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil. Bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib. “DQR”in müstəqilliyini tanıması, yaxud  özünə birləşdirməsi halında Ermənistan Azərbaycan üçün yeni qapı açacaq". Bu açıqlama ilə isə MDB ölkələri üzrə Institutun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov çıxış edib (avropa.info). “Ermənistan ”DQR"in müstəqilliyini o zaman tanıya bilər ki, tamamilə başqa yolu qalmasın. Bu halda Azərbaycan danışıqlar prosesindən çıxacaq. ATƏT-in Minsk Qrupu nizamlama mandatından məhrum olacaq" - Markarov əlavə edib. 
 
Rəsmi Bakı isə özünün prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. “Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək”. Bunu ötən gün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Region TV-yə açıqlamasında bildirib. 
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da konkret mövqe nümayişi ilə növbəti dəfə diqqəti cəlb edib. O, “Qovorit Moskva” radiosuna müsahibəsində deyib ki, əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Səfir Moskvanın məsələyə münasibət bildirməsini istəyib (APA). 
“Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir” - P.Bülbüloğlu deyib. Səfir bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib. 
Lakin görünən budur ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən uzaqdır. Düşmən ölkə Rusiyadan alacağı silah-sursata ümid edərək Azərbaycana zərbə vurmaq istəyir. “Mövcud kredit razılaşması əsasında Rusiyadan Ermənistana silah göndərilməsi prosesi artıq başlayıb”,- deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməyib. Bununla yanaşı, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: “Kredit olmadan da böyük partiya silah almışıq”. A. Ovannisyan təşvişdə olan erməniləri sakitləşdirmək üçün deyib ki, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır. 
***
Azərbaycan isə düşmən ölkəni heyrətləndirəcək növbəti addım atıb. Belə ki, müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb. Təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan “Msta S” özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir. Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir. 
Üstəlik, Rusiyadan Azərbaycana yeni hərbi texnikanın gətirildiyi haqda xəbərlər yayılıb. Virtualaz.org-a rəsmi mənbələrdən daxil olan məlumatda bildirilir ki, bu, Bakı ilə Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir. Həmin razılaşmaya görə, Azərbaycana BMP-3-ün bazası əsasında hazırlanmış “Vena” adlı 120 mm-liközüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş və ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları göndərilir.
***
Politoloq Arzu Nağıyev düşmən ölkədə müşahidə olunan aqoniya vəziyyətini “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, aprel məğlubiyyətindən sonra Ermənistanda hakimiyyət uğrunda mübarizə güclənib:“İlk öncə Sərkisyan məğlubiyyəti kiminsə ayağına yazmağa çalışdı. Hətta Ter-Petrosyanla görüşməklə Köçəryana qarşı addım atdı və qondarma bir terror aktı da təşkil etdirdi. Bundan sonra qondarma qurumun rəhbəri Bako Saakyanı üzə çıxarmağa başladı və bununla Qarabağ klanının ömrünü uzatmağa cəhd etdi. Ən real namizəd kimi isə Ohanyanı saxladı və bir neçə generalı istefaya göndərməklə bir az sakitlik yaratmağa nail oldu. Maraqlısı odur ki, Sərkisyan özünün deyə bilmədiklərini digər məmurlar vasitəsilə ifadə etməyə üstünlük verir. Bu, Nalbəndyanın danışıqlarla bağlı bəyanatlarında da, Ohanyanın Moskvadakı çıxışında da göründü. Metsamor Atom Stansiyasının sökülməsinə görə daha çox vəsait əldə etmək üçün hətta sabiq baş nazir Qrant Baqratyanın atom bombası ilə bağlı cəfəng bəyanatının da şahidi olduq”. Politoloq sonuncu məqama xüsusi diqqət çəkməyi zəruri sayır: “Təsəvvür edin ki, İraq və İranı belə bəyanatlara görə embarqoya məruz qoyan dünya supergücləri bu bəyanatla bağlı hələlik susqunluq nümayiş etdirirlər”. 
A.Nağıyev qeyd etdi ki, bugünlərdə Ermənistan parlamentinin vitse-spikeri, iqtidarda olan Ermənistan Respublika Partiyasının önəmli funksionerlərindən biri Ermine Nağdalyanın bəyanatı şok effekti verdi:“Heç təsəvvür ediləsi də deyildi ki, nə vaxtsa iqtidar partiyasının nümayəndəsi ”hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir" kimi bəyanatla çıxış edəcək. Deməli, artıq hakimiyyətdə parçalanma gedir, bu mübarizə rusiyayönümlü Qarabağ klanı ilə qərbyönümlülər arasında gedən mübarizəyə daha çox bənzəyir. Ən başlıcası isə odur ki, hazırki hakimiyyət münaqişənin həllinin uzadılmasını daha çox istəyir və bununla da öz hakimiyyətlərini saxlamağa çalışır. Havadarları da yəqin ki, “əvəzedici” heyəti hazırlamaqla məşğuldur. Qərbyönümlülərə gəldikdə, onlar münaqişənin daha tez həll olunmasında maraqlıdırlar və bu istiqamətdə müəyyən hərəkətlər etməyə, siyasi addımlar atmağa başlayıblar. Bir sözlə, yəqin ki, siyasi arenada olanların davamında daha kəskin qalmaqalların şahidi olacağıq".
 
İrəvanın Dağlıq Qarabağı müstəqil subyekt kimi tanıması ilə bağlı təşəbbüslərə gəldikdə, politoloq bunları söylədi: “Birincisi, Azərbaycanın beynəlxalq normalara uyğun olaraq BMT tərəfindən tanınan sərhədləri var və Dağlıq Qarabağ ərazisi də bu sərhədlər içindədir. Yəni ermənilərin atacağı addım birbaşa bütün beynəlxalq hüquq normalarına ziddir. Digər tərəfdən, tanınsa belə, yəqin ki, bu qurumu Ermənistan və ən uzağı, özü kimi bir neçə qurum tanıya bilər. Lakin bununla nə dəyişə bilər ki? Burada əsas məqsəd Rusiya tərəfindən Dondas, Abxaziya, Cənubi Osetiya mexanizminin qabardılmasıdır və məqsəd də qondarma qurumu tərəf kimi danışıqlara cəlb etməkdir. Bu isə ATƏT-in Minsk Qrupunun ləğvinə gətirib çıxarar və BMT-nin mandatının yararsızlığını ortaya qoyar. Ümumən götürəndə isə Ermənistan bununla status-kvonu uzatmaq, eyni zamanda Sərkisyan öz cavabdehliyini və məsuliyyətini azaltmağa çalışır”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam