Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlərdən orduya zorla pul yığılır?

ordu“Bununla bağlı hər hansı bir məcburiyyət yolverilməzdir”

Xeberinfo.com:  Təhsil Nazirliyi silahlı qüvvələrə müəllimlərin məcburi qaydada yardım etmələri il bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov öz facebook səhifəsində yazıb ki, Azərbaycanın hər bir vətəndaşı öz ordusuna rəğbət və sevgisini bildirmək üçün əlindən gələni əsirgəmir:

“Buna görə də müxtəlif təşəbbüslərlə çıxış edirlər ”.

Cəsarət Valehovun fikrincə, bu işdə təhsil ruhlu insanların təşəbbüskar olması təbiidir.

“Son günlər ərzində orduya öz doğmalıq hissini, sevgisini çatdırmaq üçün təhsil kollektivləri müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də öz əmək haqlarından müəyyən hissənin Silahlı Qüvvələrin Yardım Fonduna köçürülməsi ilə bağlı istəkdir”.

C. Valehov daha sonra yazırdı: “Bununla bağlı hər hansı bir məcburiyyət yolverilməzdir. Əgər, hər hansı bir təhsil işçisi bu və ya digər adla istənilən vəsait yığımlarına məcbur edilərsə, Təhsil Nazirliyinin “qaynar xətti”nə müraciət edə bilər ”.

Azadlıq Radiosuna şikayət edən bəzi adının çəkilməsini istəməyən müəllimlər bildirirdilər ki, əmək haqlarından onların heç rəyini almadan silahlı qüvvələrə yardım adı ilə pul tutulur. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam