Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kürdəmirlilər şəhidləri son mənzilə yola saldı - FOTOLAR

 

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant, şəhid Əbubəkir İsmayılovun nəşi rayon sakinləri tərəfindən böyük izdihamla qarşılanıb.

Xeberinfo.com:  Aprelin 10-da axşam saatlarından Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, 10 minlərlə kürdəmirlinin böyük coşğu ilə qarşıladığı şəhidin vida mərasimi onun yaşadığı evində baş tutdu .

Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Ermənistan silahli birləşmələrinin təxribatının qarşısının alınması nəticəsində Azərbaycan Ordusu çox böyük zəfər əldə etmişdir. Ordumuz düşmənin həmləsinin qarşısını alaraq xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edərək işğal olunmuş bəzi yüksəklikləri, eləcə də bir neçə yaşayış məntəqələrimizi düşməndən azad etmişdir. İşğalçı Ermənistan ordusu xeyli sayda itki verərək qaçmağa məcbur olmuşlar. Azərbaycan Ordusunun bu uğurlu əməliyyatı nəticəsində bir neçə igid oğullarımız şəhid olmuş və yaralanmışlar. Şəhid olmuş oğullarımızdan iki nəfəri Kürdəmir rayonundandır. Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır.Mən inanıram ki, tezliklə Möhtərəm Prezidentimiz Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.

Aprelin 11-də şəhid İsmayılov Əbubəkir Vüqar oğlu Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edildi.

 

 






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam