Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Kürdəmirdə Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü qeyd olundu - FOTOLAR

 

Xeberinfo.com:  Bu gün Dahi rəhbərin doğum günündə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə,  müəssisə və təşkilatlarının  rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə saysız-hesabsız gül-çiçək dəstələri düzdülər və onun  nurlu,  işıqlı xatirəsini bir daha ehtiramla yad etdilər.

Sonra tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponantlara böyük qürur hissi ilə tamaşa etdilər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş ”Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” adlı dəyirmi masa təşkil olundu.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. Heydər Əliyev  bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi.1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i  isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdır.1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olmasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. 1993-cü il iyun ayının 9-da dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır.Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır.  Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, H.Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur.Ceyhun Cəfərov çıxışının sonunda vurğulayıb ki,Biz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli dövlətə çevriləcəyinə əminik.

Tədbirdə “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” mövzusunda rayon Ağsaqqallar şurasının sədri Ayət Nəsirov,“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda 6 saylı məktəbin direktoru  Elmira Şixəliyeva,“Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda “Heydər Əliyev Mərkəzi”nin direktoru Düriyyə Seyidova,“Böyük xilaskar,əbədiyaşar lider”  mövzusunda Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış etdilər.

Həmin gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü münasibəti ilə rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə ağacəkmə iməcliyi keçirilib.

Ağacəkmə aksiyasında Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri,  əmək kollektivləri və rayon sakinləri  iştirak ediblər.

 

İməclikdə 3000 nəfərdən çox rayon sakini tərəfindən 7000 artıq müxtəlif növ ağaçlar əkilib. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam