Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Samir Şərifovun mətbuat katibi: "Elə 3 ölkə?"

 

Xeberinfo.com:  Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

 

"APA-Economics" bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğumuza cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam