Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mədət Quliyev “agent qalmaqalı”nı araşdırır

medet-quliyev-300x226

Samir Şərifova hücumda iqtidardaxili qrupların rolunun olub-olmadığını müəyyən etməlidir

Xeberinfo.com:  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə maliyyə naziri Samir Şərifovun adı hallanan “agant qalmaqalı”nın araşdırılması tapşırılıb. Hakimiyyət mətbəxindən “Azadlıq”a sızan xəbərə görə, Mədət Quliyev bu məsələdə iqtidardaxili qrupların rolunun olub-olmamasını müəyyən etməlidir.
Qeyd edək ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib. O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Həmin məmur Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Samir Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.
Maliyyə Nazirliyinin məsələyə ironik münasibətini nəzərə almasaq, hələ bu qalmaqalla bağlı Samir Şərifovdan tərəfdən ciddi reaksiya verilməyib. Bu material yayılandan sonra ekspertlər bildirmişdi ki, Şvetsin iddiaları əsassızdırsa, maliyyə naziri onu məhkəməyə verməklə bunu sübut etməyə cəhd edə bilər. Lakin bu da baş verməyib.
“Azadlıq” bunun səbəbini öyrənmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mais Piriyev bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur. O, gün ərzində məsələ ilə bağlı dəqiqləşdirmə aparıb məlumat verəcəyini söyləsə də, sonradan zənglərə cavab verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam