Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Hacı kazino açar? - Ekspert hacı İbrahimi tənqid etdi

Millət vəkili Qüdrət Həsənquliyevin ölkədə kazinoların açılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi təklif bir mənalı qarşılanmayıb.

 

Xeberinfo.com:  Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli deputatın təklifini dəstəkləyərək, kazinolar açılarsa ölkəyə milyardlər qazandıracağını bildirib.

İqtisadçı Vüqar Bayrram isə bu təkliflə razı deyil. Ekspert İbrahim Nehrəmlini sərt tənqid edib:

“Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristian dövlətində belə, hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda, kazinolara yaşıl işıq yandıran Türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən Yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür”.

İqtisadçının sölərinə görə, kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər. 

“Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Eyni zamanda, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahali Azərbaycana gələcəyi ağlabatan deyil”.

azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam