Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polisi Bakıda bir gün ərzində 800 protokol yazdı

Dövlət Yol Polisinin istifadəsində olan avtomobillərə quraşdırılmış i-patrul sistemi tam işə düşüb.

Xeberinfo.com:   Fins-az-a istinadən xəbərə görə, bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

İ-patrul sistemi Bakı və Gəncədə tətbiq olunur. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır.

Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.

V.Əsədov bildirib ki, i-patrul sistemi 360 dərəcədə hərəkətdə olan və dayanmış bütün nəqliyyat vasitələrini qeydə ala biləcək:

“Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub” - deyə DYP sözçüsü bildirib.

Mütəxəsislərin fikrincə, bundan sonra cərimə edilən avtomobillərin sayı arta bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam