Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı nazirlərin adı Amerika Kəşfiyyat İdarəsinin siyahısında

mki_u_22556

Dünyanın bir çox ölkəsində güclü agentura şəbəkəsi yaradan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ – ingiliscə CİA) beynəlxalq siyasətdə aparıcı rola malikdir.
Xeberinfo.com:  Heç təsadüfü deyil ki, dünya güclərinin qlobal arenadakı perspektiv siyasəti həm də kəşfiyyatların hesabatlarına əsaslanır.
Bu mənada ABŞ-ın sözügedən kəşfiyyat idarəsi özünəməxsus çəkiyə və rola malikdir.
Maraqlıdır ki, dünyanın hər yerinə şaxələnən MKİ öz saytında xarici dövlətlərin hökumətini təmsil edən şəxslərin də adını yerləşdirib. Modern.az xəbər verir ki, MKİ-nin rəsmi saytında “Xarici ölkələrin dövlət başçıları və hökumət üzvləri” adlı bölməsində Azərbaycanın ali elitasındakı şəxslərin də adları var.
MKİ-nin məlumatına görə, həftəlik olaraq hökumət üzvlərinin siyahısı yerləşdirilən kataloqlar onlayn rejimdə yenilənir.
Bu siyahı isə informasiya almaq üçün ilkin yardım kimi nəzərdə tutulub.
MKİ-nin saytındakı Azərbaycana aid siyahıda hələlik Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi və rabitə və yüksək texnologiyalar naziri vəzifələri boş göstərilib.
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılan DTX-nın rəisi Mədət Quliyevdir. Əli Abbasov isə prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunduqdan sonra onun yerinə Ramin Quluzadə təyin edilib.

download


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam