Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MKİ terrorçuları «dron»larla vurur! -ŞOK İDDİA

rusiya-azerbaycanda-olan-dronl

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın məxfi əmrinə əsasən, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terrorçuları məhv etmək üçün pilotsuz uçan aparatlardan (PUA) istifadə edir.

Yenixeber.org:  ABŞ hökumətindəki mənbələrə istinadla, bu barədə xəbəri «The Wall Street Journal» nəşri yayıb. Qəzet yazır ki, Trampın bu qərarı sabiq dövlət başçısı Barak Obamanın siyasəti ilə tam əkslik təşkil edir və MKİ idarəsi ilə Pentaqon arasında münaqişəyə səbəb ola bilər.

Qəzetin məlumatına görə, MKİ artıq özünün yeni səlahiyyətlərindən istifadə etmək imkanı qazanıb. Bu, fevralın sonlarında «Əl-Qaidə» liderlərindən birinə qarşı təşkil olunmuş hücum zamanı baş verib. O zaman Tramp administrasiyası terrorçunun məhv edildiyini xəbər versə də, bu əməliyyatın arxasında Pentaqonun yox, MKİ-nin dayandığını açıqlamamışdı.

Bundan əvvəl «dron»lar istisnasız olaraq, terrorçuluqda şübhəli bilinənlərin axtarılması məqsədilə istifadə oluna bilərdi. Bu üsulla toplanmış informasiya sonradan hərbçilərə ötürülürdü, onlar da öz növbəsində, PUA-nı terrorçunun məhv olunması üçün göndərirdilər.

Yeni qaydaları nə Pentaqonda, nə də MKİ-də hərh etməyiblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam