Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Mayk Pompeo:“Suriyada yüzlərlə rusiyalı öldürülüb”

 

“Suriyada yüzlərlə rusiyalı öldürülüb” – MKİ rəhbərindən sensasion açıqlama
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postunu tərk edən Mayk Pompeo Suriyada yüzlərlə rusiyalının öldüyünü bəyan edib. 

Yenixeber.org: “Deutsche welle” nəşri xəbər verir ki, bunu Pompeo ABŞ Senatının xarici əlaqələr üzrə Komitəsində dinləmələr zamanı bildirib.
“Bir neçə həftə əvvəl ruslar ləyaqətli cavabla qarşılaşdılar. Yüzlərlə rusiyalı öldürüldü”, - deyə Pompeo vurğulayıb. 

Qeyd edək ki, bu, Vaşinqton tərəfindən rusların Suriyada kütləvi ölümünü təsdiqləyən ilk rəsmi açıqlamadır. Dövlət Departamenti rəhbəri postuna namizəd Pompeo bu insident barədə qısa danışıb və rusların iştirak etdiyi hansı döyüşdən söhbət getdiyini deməyib.

Nəşrin iddiasına görə, ola bilsin ki, MKİ direktoru Vaqner adlandırılan şəxsi hərbi şirkətin üzvləri olan rus hərbçiləri nəzərdə tutur. Belə ki, fevralın 7-də onlar suriyalılarla birgə neft məntəqələrini və Fərat çayı üzərində “Conoco” neft emalı zavodunu ələ keçirməyə cəhd edərkən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya güclərinin hücumuna məruz qalıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam