Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankın qanunsuz sədr müavini kimdir?

Xeberinfo.com:   Məlum olduğu kimi, fevralın 1-də Mərkəzi Bank pozuntulara görə “Texnikabank”ın lisenziyasını ləğv etmiş, fevralın 10-da isə məhkəmə onu müflis elan etmişdir. Həmin banka 2012-2015-ci illər ərzində rəhbərlik etmiş Ülvi Eldar oğlu Mansurov isə hazırda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. Halbuki, onun 3 il ərzində hər hansı bankın inzibatçısı (yəni idarə heyətinin üzvü və ya digər rəhbər vəzifə) olmağa hüququ yoxdur!

Belə ki, “Banklar haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki 1 il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçı 3 il ərzində başqa bankın inzibatçısı ola bilməz.

Bəs onda niyə Mansurov indiyədək vəzifəsindədir? Mərkəzi Bank hara baxır? Niyə qanunu tətbiq edərək sözügedən şəxsi vəzifədən azad etmir? Niyə imkan verir ki, bir bankı əhalinin əmanətləri ilə birlikdə batırmış şəxslər başqa banklarda da fəaliyyət göstərsin? Bu gedişlə bank sisteminə etimad necə bərpa olunsuz axı?!

Əkrəm Həsənov, bank işi üzrə ekspert

Qaynar.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam