Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Texnikabank müflis elan edildi

texnikabankAzərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilmiş və iflas prosedurunu başlanılmışdır. “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir.

Xeberinfo.com:   Bu barədə Bankdan bildirilib.

Texnikabank “Banklar haqqında” qanunun 72-ci maddəsinə əsasən bildirir ki:

– bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
– banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
– bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
– qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
– bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
– Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

“BORCLU ŞƏXSLƏR BORCLARINI ÖDƏMƏLİDİR”

Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün, Bankın Baş ofisi ilə yanaşı filial və şöbələrinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam