Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycanın iqtisadi sistemi primitiv deyil”

trend_ziyafet_askarov_241212

 

“Ölkə prezidenti yığışmayınca, hökumət yığışıb iş görmür”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, hökumət nə qədər iş yerinin açılması, kənd təsərrüfatı sahəsində, işsizliyin aradan qaldırılması ilə bağlı hansı işlərin gördüyünü açıqlamalıdır.
“Devalvasiya göstərdi ki, Azərbaycanın iqtisadi sistemi primitivdir. Çoxşaxəli sistemə keçmədiyimiz üçün Azərbaycanda ayrı-ayrı sahələri inkişaf etdirə bilmədik. Kənd təsərrüfatı bərbad vəziyyətdədir.
Bizdə verilən subsidiyalar cüzi miqdardadır. Kənd təsərrüfatında hansı sahədə iş görürsənsə nəticə hasil olmur. Çünki bir orqanizm işləməyəndə mənfəətini görmürük. Bir kənddə qaz gəlməyəndə pomidor yetişdirilmir”.
Deputat Azərbaycanda turizm sektorunun da inkişaf etmədiyini bildirib.
“Düşünülmədən ölkədə böyük, neçə ulduzlu otellər tikildi. Amma bu gün otellərin 95 faizi işləmir. İki mərtəbənin işığı yanır, qalanlarını isə xərclərə qənaət etmək üçün söndürürlər. Bu düşünülməmiş hərəkətin nəticəsidir. Eyni zamanda maaşların 30-40 faiz qaldırılmasını deyirik. Amma bununla məsələ həll edilməyəcək.
Aşağı əmək haqqı 200 manatdırsa, buna uyğun istehlak səbəti hazırlanmalıdır və insanın gündəlik tələbatı üçün lazım olanlar qeyd edilməlidir. Yalançı statistikadan çıxmalıyıq”.
Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razı olmayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın iqtisadi sistemi primitiv deyil.
“2008-ci ildə dünyanı böhran götürdü, amma Azərbaycan bundan əziyyət çəkmədi. Hazırda bütün dünyada baş verən hadisələrin, neftin qiymətinin aşağı düşməsinin, devalvasiyanın Azərbaycana da təsiri olub. Lakin düşünürəm ki, yaxın vaxtlarda bu vəziyyətdən çıxılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam