Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanda məşğulluqda gəlir ədalətsizliyi var”

 

“Azərbaycan son illər iqtisadi sahəsində böyük uğurlar əldə edib və bir çox uğurlara neft gəlirləri sayəsində nail olunub”.

"Xeberinfo.com":   “Marja”nın məlumatına görə, bunu Asiya inkişaf Bankının (AİB) prezidenti Takihiko Nakao Bankın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının aşılışında bildirib.
“Neft gəlirləri Azərbaycanın gəlirlərinin 95%-ni təşkil edir. Amma bildiyimiz kimi neft gəlirləri aşağı düşüb. Bu bir, çağırışdır. Belə bir halda, iqtisadiyyatın şaxələndirilməsinə diqqət daha da artırılmalıdır”,- o deyib.
Takihiko Nakao qeyd edib ki, Azərbaycanın ən böyük fürsətlərindən biri kənd təsərrüfatıdır:
“Kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin 5%-ni sənaye isə 25%-ni yaradır. Məşğulluğa baxdıqda isə işləyən əhalinin 40% -i kənd təsərrüfatında, 10%-i sənayedə çalışır. Burada gəlirlərin bərabərsizliyi yaranıb. Mən bu barədə cənab Prezident İlham Əliyev ilə danışmışam. Biz kənd təsərrüfatını, irriqasiyanı, istehsalçıların bazara çıxması layihələrini, emalı maliyyələşdirə bilərik. Biz növbət illərdə kənd təsərrüfatında ciddi artıma nail olmalıyıq”.
Asiya İnkişaf Bankının Prezidenti bildirib ki, Azərbaycanın turizm, İKT və sənaye sahələrində də böyük potensil var.
“Biz xüsusilə, turimdə olan potensialı nəzərdən qaçıra bilmərik”,- Takihiko Nakao deyib.
O, vurğulayıb ki, Azərbaycanda savadlılıq səviyyəsi 100%-ə çatır:
“Ölkənin tələbələri də güclüdür. Təhsil səviyyəsinin yüksək olmasına baxmayaraq orta və ali təhsilə diqqət artırılmalıdır. Biz bunu necə dəstəkləməyi də fikirləşməliyik”.
Takihiko Nakao qeyd edib ki, Azərbaycanda ana ölümü göstəricisi aşağı səviyyədədir, amma bu göstərici aşağı salınır. Eyni zamanda kanalizasiya və su təsərrüfatının da vəziyyəti aşağı səviyyədədir.
Asiya İnkişaf Bankının Prezidenti bütün çatışmazlıqlara baxmayaraq Azərbaycanda gedən iqtisadi inkişafdan heyrətləndiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam