“Rafil Hüseynov biznesi günü-gündən çiçəklənir”
"Xeberinfo.com": Masallı Ziyalıları İctimai Birliyinin üzvləri iyulun 25-də Prezident Administrasiyasına üz tutaraq rayonun icra başçısı rafil hüseynovdan şikayətləniblər.
Birliyinin sədri Məmmədağa Eynullayev bildirib ki, icra başçısı Rafil Hüseynovun qanunsuz əməlləri ilə artıq Masallı sakinlərinin səbr kasasını daşırıb.
“Bu ilin martın 7-də Masallı rayon ziyalıları Prezident Administrasiyasında olduq. Cənub zonasının üzrə kurator Vəfadar Bağırova icra başçısının əməlləri barədə geniş məlumat verdik. Biz iradlarımızı faktlarla dedik. Bundan başqa martın 15-də isə yüzlərlə rayon sakinin imzasıyla baş verən qanunsuzluqlarla bağlı ölkə başçsıına, eləcə də aidiyyəti qurumlara müraciət ünvanladıq. İndiyə qədər bizim müraciətə cavab verilməyib. Bu günə qədər müraciətə cavab verilmədiyi üçün yenidən Bakıya gəlməyə məcbur olduq. Vəfadar Bağırov məzuniyyətdə olduğu üçün Prezident Administrasiyasnın Qabil adlı əməkdaşı bizi qəbul etdi. Ona da iradlarımızı bildiridk. Çünki şikayətlərimzidən sonra Rafil Hüseynovun biznes imperiyası daha da çiçəklənib. Onun barəsində tədbir görülmür, əksinə icra başçısı rayonun istənilən yerində “butka” qoyub çörək satdırır. Ancaq bunu rayon sakini edə bilməz, başına oyun açarlar. Bizi qəbul edən şəxsə bildirdik ki, Azərbaycan Respublikasının qanunlarını pozursuz, şikayətçilərə hörmətsizlik edirsiz. Prezident vətəndaşlara çağırış etdi ki, bölgələrdəki neqativ halları ona çatdıraq. Niyə tədbir görmürsüz? Prezidentin belə bir sərəncamı var ki, Masallının torpaqları Rafil Hüseynova ixtiyarına verilsin. Dedi ki, yox. Biz də onun diqqətinə çatdırdıq ki, Rafil Hüseynov istədiyini edir”.
Məmmədağa Eynullayevin sözlərinə görə, Musakiçə-Lürən yolunu asfaltlaşdırılması ilə bağlı prezident vəsait ayırmışdı: “Bu vəsait yedilər, elə belə yol çəkdilər, bir ay sonra çökdü. Çox saylı müraciətlərimizdən sonra 1700 metr yolu tamamilə dağıtdılar yenidən çəkirlər. Dövlətə niyə bu qədər ziyan vururlar? Rafil Hüseynov niyə cəzalandırılmır?”.
Masallı Ziyalıları rayondan deputat seçilən Elmira Axundovanı və Nəriman Əliyevi məhkəməyə verdiklərini də bildirdilər: “Bizə olan təzyiqlərlə bağlı dəfələrlə bu deputatlara müraciət etmişik. Ancaq indiyə kimi onlardan rəsmi cavab almamışıq. Vəzifə borclarıdı ki, vətəndaşların şikayətlərini araşdırsınlar. Onlar isə əksinə, icra hakimiyyətinin mövqeyini müdafiə edirlər. Biz də məcbur olub hər iki deputatı məhkəməyə vermişik. Həm mənəvi təzminat - hərəsindən 10 min manat, həm də bundan sonrakı şikayətlərimizə vaxtı-vaxtında cavab verilməsini istəyirik”.
Məsələylə bağlı Masallı rayon icra hakimiyyətindən kimsənin mövqeyini öyrənə bilmədik.