Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ARDNŞ prezidenti Şamaxıda "pərt" vəziyyətə düşdü

rovneq1Rayon sakini ARDNŞ prezidentinə nə dedi?

Xeberinfo.com:   Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Şamaxıda vətəndaşlarla görüşündə gözlənilməz situasiya ilə üzləşib. Redaksiyamıza daxil olan məlumata görə, Rövnəq Abdullayev Şamaxıya gəldikdə onunla görüşə yalnız büdcə təşkilatlarının nümayəndələri buraxılıb. Qeyd edək ki, əksər məmurların görüşləri bu qaydada təşkil olunur. Yəni, sıravi vətəndaşlara problemlərini diqqətə çatdırmaq üçün şərait yaradılmır. Şikayətə gələn vətəndaşlar qapı dalında saxlanılır, onların əvəzinə büdcə təşkilatlarında çalışanlar görüşə buraxılır.

Lakin Rövnəq Abdullayevlə görüşə sıravi vətəndaşlardan biri də keçə bilib. Həmin şəxs görüş zamanı söz alaraq zalda oturanların büdcə təşkilatlarının işçiləri olduğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb. Təxminən bu şəkildə: “Siz vətəndaşlarla, sahibkarlarla görüşə gəlmisiz. Amma burada oturanların hamısı rayonun rəhbər şəxsləri və büdcə təşkilatlarında çalışanlardır. Bunun harası vətəndaşlarla görüş oldu”. Belə bir çıxış gözləməyən Rövnəq Abdullayev pərt vəziyyətinə düşüb. Həmin şəxsin isə zaldan çıxarıldığı bildirilir.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam