Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir hansı layihələri qohumlarına verir?

samir sherifovMaliyyə nazirinin məmurları qəzəbləndirən addımı ilə bağlı yeni məlumatlar

Xeberinfo.com:   Bir qrup məmurun maliyyə naziri Samir Şərifovla bağlı Prezident Administrasiyasına müraciət hazırladığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, həmin məmurların narazılığı iri layihələrin maliyyə nazirinə yaxın şirkətlərə verilməsilə bağlıdır. Bildirilirdi ki, Samir Şərifov iri layihələrə bir şərtlə pul ayırır ki, işin icrası ona yaxın şirkətlərə verilir. Məmurlar da bundan ciddi narazılıq edirlər. Çünki bu halda onlar korrupsiya yolu ilə əldə olunacaq külli miqdarda qazancı qaçırmış olurlar.

Dünən isə Samir Şərifovun yaxın ətrafına verdiyi layihələr barədə redaksiyamıza məlumat daxil olub. Məlumata görə, layihələr əsasən Samir Şərifovun dayısı Əli Şirinov və ona yaxın şəxslərdən birinə məxsus şirkətə verilir. Qeyd olunur ki, Əli Şirinov “Azəryolservis” ASC-nin tabeliyində olan 69 saylı yol istismar idarəsinin rəisidir. Bu idarəni “Əli Şirinovun idarəsi” də adlandırırlar. Layihələrə gəlincə, bildirilir ki, Maliyyə Nazirliyinin inzibati binasının inşası, Ziya Bünyadov prospektinin təmiri, Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi, Şamaxı-Muğan yolu, Sabirabadın kənd yolları və Hacıqabulun kanal qırağı yollarının çəkilişi Əli Şirinovun şirkətinə verilib.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam