Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramiz Novruzdan qızı haqda ittihamlara cavab

294

Xalq artisti Ramiz Novruz stilist Anar Ağakişiyevin qızı Şəfəqin ermənilərdən oğurluq etməsi ilə bağlı iddialarına cavab verib.

Xeberinfo.com:   Xalq artisti aznews.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Bildirib ki, qızına ideya verməsi ilə bağlı ittihamların heç bir əsası yoxdur: “Yalandır. Mən bu günə kimi qızım Şəfəqin yaradıcılıq yolunda ona dəstək olmamışam, kömək etməmişəm. Mən onun əvəzindən gedib saç, gəlin bəzəyirəm? Onun elə bir günü yoxdur ki, gəlin bəzəyi olmasın. Mənimlə Şəfəqin arasında bu işlə bağlı əlaqə yoxdur”.

R.Novruz qızının erməni stilistlə tanış olmamışdan əvvəl bu işdə peşəkarlaşdığını vurğulayıb: “Şəfəq bu ilin yayında Soçidə keçirilən konfransa dəvət almışdı. Stilist Georgi Kotla həmin konfransda görüşüb. Lakin axı Şəfəq 15 ildir ki, bu işlə məşğuldur.Əgər o, bu sənəti ermənidən oğurlayıbsa, bəs 15 il hansı peşənin sahibi olub? Qızım gözəllik salonu açıb, qısa müddət ərzində insanların marağını çəkib. İndi də onlarla tələbə Şəfəqdən dərs almaq üçün müraciətlər edir. Bu isə əlbəttə ki, həmkarlarının xoşuna gəlmir. Paxıllıqları tutur. Ona görə də bu tipli məlumatlar yayırlar”.

Aktyor qızı tərəfindən erməni stilistin Azərbaycana dəvət olunmasına da aydınlıq gətirib: “Şəfəq onu Azərbaycana dəvət etmişdi. Lakin mən bu söhbəti eşidəndə Şəfəqə qarşı çıxdım, dedim ki, lazım deyil, qoy gəlməsin. Əgər Azərbaycan cəmiyyəti yarı bolqar, yarı erməni olan stilisti istəmirsə, biz də qəbul etmirik. Həmin söhbət də bununla bağlanıb”.

Xatırladaq ki, Anar Ağakişiyev açıqlamasında bunları demişdi: “Adını stilist qoyub, camaata dərs deyir. Halbuki, onun özünə dərs deyən lazımdır. Öz fantaziyası olmayıb, ermənilərin ideyasını oğurlayır. Hələ bu azmış kimi, ermənini (stilist Georgi Kot – red.) apreldə dərs demək və pul qazandırmaq üçün Azərbaycana dəvət edir. Onun anası və arvadı ermənidir. Müvafiq orqanlar hara baxır? Bizim ortaq dostumuz ona ermənilərin ideyasını oğurladığını deyib. Şəfəq isə qayıdıb ki, “nə olsun?”. İnsan öz tarixinə nə qədər laqeyd ola bilər? Atasının fəxri adı arxasında gizlənir. Deyir ki, guya ideyanı ona atası verib. Bununla kimi susduracaq?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam