Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib-FOTOLAR

 

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “X” hesabında bildirib.

O, Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində son irəliləyişləri, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi səylərinin məmnuniyyətlə qeyd edildiyini diqqətə çatdırıb.

“Parlamentlərarası İttifaqının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma rolunu vurğuladıq və Baş katib Martin Chungongun dialoqun təşviqində göstərdiyi səyləri yüksək qiymətləndirdik. Həmçinin 2025-ci ilin oktyabrında Cenevrə şəhərində keçirilən görüşümüzdən sonra parlament nümayəndə heyətləri arasında yenilənmiş əlaqələri alqışladıq və bu əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldik. Konstruktiv parlament dialoqu cəmiyyətlərimiz arasında etimadın qurulmasında əsas amil olaraq qalır”, - Simonyan qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam