Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı metrosunda 200 metrlik tunelin inşasında ilk mərhələ tamamlanıb

 

Bakı metrosunda Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi başa çatdırılıb.

Yenixeberorg.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O qeyd edib ki, görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və “Cəfər Cabbarlı” stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb:

“Bu şaxtalar inşaatın aparılması, texnika və materialların inşaat meydançasına endirilməsi məqsədilə istifadə olunur. “Cəfər Cabbarlı” stansiya yolundan başlayaraq əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi başa çatdırılıb.
Tikinti işləri ərazinin ağır geoloji mühitinə uyğun olaraq ən təhlükəsiz inşaat üsullarından Yeni Avstriya metodu ilə aparılır. Bununla da sahədə optimal texniki təhlükəsizlik tam təmin olunub.
Tikinti prosesi yerüstü sahədə avtobusların, dəmiryol vağzalının, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə heç bir maneə yaratmır. Ərazidən bütün istiqamətlərdə piyadaların təhlükəsiz hərəkəti üçün yollar təmin edilib.
Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti “İçərişəhər-Əhmədli” (habelə “Əhmədli-Həzi Aslanov” məkik hərəkət mənzili), “Dərnəgül-Nizami” və indiki kimi “Cəfər Cabbarlı-Xətai” olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər”.

O deyib ki, tunelib inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur:

“Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı (“İçərişəhər-Həzi Aslanov”) və Yaşıl (“Dərnəgül-Xətai”) xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq. Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə “28 May-Cəfər Cabbarlı” keçidindən istifadə edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam