Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

 

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Yenixeberorg.com xəbər verir ki, aprelin 10-u keçiriləcək plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib:

1. "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.

2. Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

3. "Mədəniyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

7. Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

8. Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

9. Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

10. "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

11. Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam