Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 19-da icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Bu Fərmandan sonra TƏBİB-in ləğv edilib Səhiyyə Nazirliyinə birləşdiriləcəyi barədə söhbətlər gəzir.

Yenixeberorg.com: Bəs bu deyilənlər nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı deputat Müşfiq Məmmədli bildirdi ki, söz-söhbət əsasında fikir yürütmək doğru deyil:

"Real qərarlar qəbul olunandan sonra bu barədə fikrimizi bildirəcəyik. Amma bir məsələ ondan ibarətdir ki, Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olundu, səhiyyə sahəsində digər şəxslərin açıqlamalarında da bildirildi ki, TƏBİB-in özündə də islahatlar davam edir. İndi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı cənab prezidentin fərmanını mətbuat səhifələrində gördük və bu istiqamətdə islahatların birinci mərhələsi həyata keçirildi. İkinci olaraq, qeyd etdiyim səlahiyyətli şəxslərin açıqlamalarından da göründü ki, islahatlar TƏBİB-də də davam edir. Proseslər irəlilədikcə hansı istiqamətdə qərarların qəbul olunacağını biləcəyik. Amma hazırda hansı qərarın qəbul olunacağı ilə bağlı mənim də sizin kimi məlumatım bu səviyyədədir".(Redaktor)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam