Çeçenistanda fövqəladə vəziyyət elan edildi -SƏBƏB

Çeçenistanda əlverişsiz hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan edilib.
Yenixeberorg.com: Bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov qərar verib.
“Mövcud vəziyyət regional fövqəladə vəziyyət kimi təsnif edilsin və Çeçenistan Respublikası ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunsun”, - qərarda bildirilib.
Qeyd edək ki, Çeçenistanda 28 martdan bəri güclü yağışlar davam edir. Yağış nəticəsində kəndləri su basıb, yollar dağıdılıb və körpülər zədələnib.









AZ
RU