Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

 

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mehmet Akif Kireçci ABŞ İran İsrail müharibəsinin yeni böhranlara səbəb olduğu bir vaxtda, Zəngəzur Dəhlizinin planlanan vaxtdan daha tez açılmasının faydalı olacağı qənaətindədir.

Yenixeberorg.com-un suallarını cavablandıran Kireççi dünya ölkələrinin böyük böhran riski ilə üz-üzə olduğunu bildirib.

Onun fikrincə, belə bir şəraitdə Azərbaycan öz neft və qaz ehtiyatları ilə, Türkiyə isə bölgədə sabitlik yaradan ölkə kimi çox strateji əhəmiyyət qazanacaq:

“Hazırda Türkiyə bütün diqqətini həm özünə, həm də Azərbaycana təsir edə biləcək münaqişələri sülhə çevirməyə yönəldib. Bölgədəki müharibələr iqtisadiyyata da təsir edir. Dünya ölkələri böyük böhran riski ilə üz-üzədir. Yaponiya, Filippin, Banqladeş, Hindistan kimi ölkələrdə də vəziyyət gərgindir. Belə bir şəraitdə Azərbaycan öz neft və qaz ehtiyatları ilə, Türkiyə isə bölgədə sabitlik yaradan ölkə kimi çox strateji əhəmiyyət qazanır.

Türkiyə həm İraq, həm də digər istiqamətlər üzərindən alternativ yollar üzərində düşünür. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Böhranlar sürətlə böyüyür və bu da qlobal ticarətə və resurs axınına təsir edir. Buna görə də bir neçə nəqliyyat yoluna ehtiyac var.

Məncə, Zəngəzur dəhlizi sülhə xidmət edə bilər. Zəngəzur dəhlizinin daha tez açılması faydalı olar. Bunun üçün yalnız Azərbaycan və Türkiyənin əməkdaşlığı kifayət etmir, Orta Asiya ölkələri də bu prosesə hazır olmalıdır”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam