Rusiya iki limanda neft ixracını dayandırdı -SƏBƏB
Rusiya dron hücumlarından sonra Leninqrad vilayətindəki “Primorsk” və Ust-Luqa limanları vasitəsilə neft ixracını müvəqqəti olaraq dayandırıb.
Yenixeberorg: Bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, xam neft və neft məhsullarının daşınması 22 martda yanğınlar və infrastrukturun pozulması səbəbindən dayandırılıb.
Qeyd edək ki, “Primorsk” Rusiyanın Baltik dənizindəki ən böyük neft limanlarından biridir.









AZ
RU
