Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Azərbaycan buğda idxalını 37 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 257 min 269 ton buğda idxal edib.

Yenixeber.org xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 57 milyon 895 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 69 min 699 ton (37,1 %), dəyər baxımından isə 17 milyon 399 min ABŞ dolları (43 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,2 %-ni təşkil edib.

Xatırladaq ki, ötən iki ayda Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam