Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı -Ümumiləşdirmə/FOTOLAR

 

İran martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə dronla hücum edib.

Yenixeber.org xatırladır ki, dronlardan biri Naxçıvan aeroportuna, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb - iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.

Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat verərək bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini bəyan edib:

"İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik".

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür:

"Müdafiə nazirliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".

Səudiyyə Ərəbistanı, Özbəkistan Qətər xarici işlər nazirlikləri, Ukraynanın Azərbaycandakı səfirliyi İranın dron hücumunu kəskin pisləyib.

Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündən rəsmi Bakı meriban qonşuluq siyasətinə sadiq qalıb.

Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam