Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO

Azərbaycanda məmurun mükafatlandırılması mərasimindən çəkilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenixeber.org: Məlumata görə, görüntülər Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının direktorunun otağında çəkilib.

Kimliyi məlum olmayan (çünki özünü təqdim etmir) bir nəfər mükafatı müəssisənin direktor əvəzi Ruslan müəllimə təqdim edərək deyir:

“Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından, Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından göndərilmiş Milli Məclis informasiya portalı direktorunun əvəzi Ruslan müəllimi təbrik edirik. Baxmayaq ki, direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm”.

Videodan o da məlum olur ki, direktor əvəzi otaqda tək deyil. O, mükafatlandırma mərasiminə işçilərini də yığıb.

İşçilər Ruslan müəllim mükafat almasını alqışlarla qarşılayıblar.(“Yeni Sabah”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam