Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Meksika qüvvələri narkokartel liderini ABŞ-nin iştirakı olmadan zərərsizləşdirib

 

Meksika xüsusi xidmət orqanları "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli başçısı Ruben Nemesio Oseqera Servantesin məhv edildiyi güc əməliyyatını müstəqil şəkildə hazırlayıb və həyata keçiriblər, Amerika tərəfi isə yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Meksikanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Xalisko ştatının Tapalpa şəhərində "El Menço" ləqəbli Ruben N.-nin ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyat Meksika Xüsusi Qüvvələri tərəfindən planlaşdırılıb və icra edilib. Bu aksiya ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib və ABŞ rəsmiləri əlavə kəşfiyyat məlumatları təmin ediblər", - diplomatik missiyadan bildirilib.

Səfirlik sosial şəbəkələrdə kartel liderinin məhv edilməsi əməliyyatının Amerika hərbçiləri tərəfindən həyata keçirilməsi barədə yayılan xəbərləri bu şəkildə şərh edib və həmin paylaşımları yalan adlandırıb.

Diplomatik missiya əlavə edib ki, Meksika Milli Qvardiyasının və ordusunun hərbi qulluqçuları cinayətkar qruplaşmaların mümkün reaksiyası ilə əlaqədar ictimai asayişi qorumaq üçün Xalisko və qonşu ştatlarda təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Bununla yanaşı, "The Washington Post" qəzeti mənbəyə istinadən yazıb ki, əməliyyat Meksika hərbçiləri tərəfindən keçirilsə də, bura ABŞ və Meksikanın birgə xüsusi qrupunun iştirakı daxil idi.

Pentaqon tərəfindən 2025-ci ilin yanvarında narkokartellərlə mübarizə üçün yaradılmış struktur Arizona ştatında yerləşir. Buraya kəşfiyyat və hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin ABŞ hərbçiləri daxildir.

Nəşr dəqiqləşdirib ki, qrup müntəzəm olaraq Meksika hərbçiləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. O, xüsusilə ABŞ və Meksikada fəaliyyət göstərən narkokartellər haqqında məlumat toplayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam