Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ordudakı həkimlər gücləndirilmiş iş rejiminə keçirildi

Mövsümi kəskin respirator xəstəliklərin yayılması ehtimalını nəzərə alaraq, eləcə də hərbi hissələrin şəxsi heyətinin kənardan bu kimi xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə müdafiə nazirinin əmrinə əsasən qabaqlayıcı tədbirlər görülür.

Xeberinfo.com:   Müdafiə Nazirliyinin saytına istinadən xəbərə görə, bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, yarıvitaminlərlə təmin olunub, hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr çatdırılıb və ehtiyatı mövcuddur.

Xəstəliklərin profilaktikası məqsədilə həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, müşahidə, aşkarlama, məhdudlaşdırıcı, eləcə də tibbi nəzarət tədbirləri həyata keçirilir.

Ezamiyyətdən, məzuniyyətdən qayıdan hərbi qulluqçular, eləcə də hərbi hissələrə daxil olan şəxslər, həmçinin valideynlər nəzarət buraxılış məntəqələrində tibbi baxışdan keçirilir. Xəstəlik əlaməti aşkar edilən şəxslər hərbi hissə ərazisinə buraxılmır. Bölüklərdə tibbi maarifləndirmə tədbirləri görülür və gündəlik termometriya aparılır.

Çöl-səhra şəraitində keçirilən döyüş hazırlığı məşğələlərinə cəlb olunan şəxsi heyətin uzun müddət sərt hava şəraitində qalmaması üçün poliqonlardakı dərs yerlərində isitmə məntəqələri təşkil edilib. Hava şəraitindən asılı olaraq şəxsi heyətin açıq havada qalması vaxtını azaltmaq göstərişi verilib.

Görülən qabaqlayıcı tədbirlər nəticəsində bugünədək şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam