Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ AÇIQ QAPI GÜNÜ KEÇİRİLDİ - FOTOLAR


 

Xeberinfo.com: Umummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verməsi, bu sahədə Ulu Öndərin ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi təhsilə dövlət tərəfindən göstərilən diqqətin  reallığıdır. Bu qayğının qarşılığı  hər bir təhsil müəssisəsinin fəaliyyətində reallaşır. Ali təhsil məktəblərində  innovativ düşüncəli, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında təhsilin keyfiyyəti, tələbələrin savadlanma prosesinin səviyyəsi ilk növbədə imtahanlarla nəticələnir. Gəncə Dövlət Universitetində də imtahanlara böyük məsuliyyətlə yanaşılır, yazılı və test üsulu ilə keçirilən imtahan prosesində şəffaflığın təmin olunması,  biliyin obyektiv qiymətləndirilməsi, neqativ hallara yol verilməməsi prinsipial məqsədə çevrilmişdir.

Diqqətəlayiq haldır ki, Universitet öz fəaliyyətində ictimaiyyətlə əlaqələri daha da genişləndirir, insanların tədris prosesindən məlumatlı olmalarına ciddi fikir verir. Bu sahədə ictimaiyyət  və KİV-i nümayəndələrinin iştirakı ilə keçirilən açıq dərslər müsbət rəy yaratmışdır.25 yanvar 2016-cı il tarixdə isə Gəncə Dövlət Universitetində imtahanların təşkili və keçirilməsi ilə tanışlıq məqsədilə  “Açıq qapı” keçirilmişdir.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov övladları müxtəlif ixtisaslarda təhsil alan 160-dan yuxarı valideyn və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini qrup-qrup qarşılayaraq onları imtahan otaqlarına aparmış, yaradılan şəraitlə, tələbələrin kompüyüterdə test üsulu ilə imtahan vermələri prosesi ilə yerindəcə tanış etmış, şəffaflığın təmin edilməsi və qiymətləndirmənin obyektivliyi ilə məlumatlandırmışdır. 

Sonra Baş binanın akt zalında rektor professor Yusif Yusibovla görüş keçirilmişdir. Rektor universitetdə son illər maddi-texniki bazanın zənginləşdirilməsindən, tədrisin keyfiyyətcə yüksəldilməsindən, beynəlxalq əlaqələrin genişləndirilməsindən, tələbələrə göstərilən qayğıdan və kollektivin hər sahədə qazandığı uğurlardan bəhs etdi.

 

Valideynlərdən Sevinc Həsənova, Esmira Əliyeva, Tural Nəsirov, Səbirə Bayramova, Şəhla Mirzəyeva, Afaq Ələsgərova, Qabilə Musayeva, Ramiz Qəhrəmanov, Azər Cəfərov, Sadiq Əliyev, Menecment və Pedoqoji fakültədə iki övladı təhsil təhsil alan Lətifə Musayeva, qaçqın valideynlər adından  Etibar Abbasov çıxış edərək  imtahanların obyektiv və şəffav keçdiyindən, tələbələr üçün yaradılan şəraitdən, rektorun onlara göstərdiyi qayğıdan hədsiz razı qaldıqlarını qeyd etdilər.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam