Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Səkkiz” qalmaqalı böyüyür:Hikmət Rəhimov dövlət qurumuna çağırıldı

 Xəbər verdiyimiz kimi, “Səkkiz” serialı qeyri-etik ifadələrə görə “Park Cinema”da yayımdan çıxarılıb, ARB kanalına cərimə tətbiq olunub. Bundan əlavə, serialın ilk hissəsinə “YouTube” platformasında “3İCinema” kanalı üzərindən də məhdudiyyət qoyulub.

Yenixeber.org: Məsələ ilə bağlı serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov açıqlama yayıb.

O, serialla əlaqədar ötən gün dövlət qurumlarından birinə dəvət edildiyini bildirib:

“Qurumun adını və görüş zamanı aparılan söhbətlərin məzmununu açıqlamağı düzgün hesab etmədiyim üçün bunlar məxfi qalsın. Lakin onu qeyd etmək istəyirəm ki, həm mənə, həm də gördüyümüz işə böyük hörmətlə yanaşıldı. Buna görə təşəkkür edirəm.

"Səkkiz" serialı yaş həddi +18 olan layihədir. Serial 10 yanvar 2025-ci il tarixində saat 23:00-da ARB televiziyasında yayımlanıb. Yayım zamanı efirə söyüş ifadəsinin getməsi səbəbindən həmin işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb.

Yalnız bu səbəbə görə serialın həm YouTube platformasında, həm də televiziya efirində yayımının dayandırılmasını heç cür anlaya bilmirəm. Ümid edirəm ki, dövlət qurumları həm bizə, həm də tamaşaçıların istəyinə hörmətlə yanaşaraq, qarşıdakı həftə serialın yayımının bərpası ilə bağlı müsbət qərar verəcək.

Şəxsən mən bu qərarı səbirsizliklə gözləyirəm. Serialı hamı böyük maraqla izləyir, hətta aidiyyəti qurumların özündə belə bu layihəyə ciddi maraq var. Bu isə düşünürəm ki, olduqca müsbət haldır.

Sonda isə hər şey üçün Allaha sonsuz şükürlər edirəm”.(musavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam