Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Media nümayəndələrinin akkreditasiyasına start verildi

 

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Yenixeber.org xəbər verir ki, mayın 17-dən 22-dək Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksəksəviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

• müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksəksəviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;

• canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;

• milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;

• əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;

• innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksəksəviyyəli sessiya təşkil olunacaq.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan //events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün //wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam